Haqqımızda

Xalqı həmişə mənəviyyat birləşdirir,
çünki digər dəyərlər ilə müqayisədə
mənəvi dəyərlər hər şeydən üstündür.

Heydər Əliyev

Qısa müddətdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Təhsil Naziri Qulu Novruz oğlu Novruzovun rəhbərliyə gəlişi ilə ikinci həyat qazandı. Ölkəmizin pedaqoji ictimaiyyətinin həyatında bu mühüm hadisənin təsdiqi ilə, Humanist Pedaqogikanın beynəlxalq Mərkəzinin fəxri prezidenti, SSRİ pedaqoji elmlər Akademiyasl və Rusiya Təhsil Akademiyasının görkəmli ictimai xadimi, profesor Şalva Aleksandroviç Amonaşvillinin müəllif seminarı keçirilmişdir.

Sizin fikrinizcə humanist müəllim necə olmalıdır? Sizin uşaq haqqında hansı fəsləfi mülahizələriniz var? Siz əməyinizə görə kimin qarşısında məsuliyyət hiss edirsiniz?

Belə qeyri-ənənəvi suallar gündəlik pedaqoji təcrübə üçün 2014-ci il dekabrın 1-dən 4-dək Bakıda keçirilən “Təhsil sistemində uşaqlara humanist şəxsiyyət kimi yanaşma” adlı seminarın iştirakçılarına təklif olunmuşdur. Bu seminar Təhsil Problemləri İnstitutunun təşəbbüsü ilə təşkil olunmuşdu.

Ş.A.Amonaşvillinin 4 günlük müəllif seminarı Humanist Pedaqogikanı dərindən tanış olmağa icazə verir. Seminar zamani Şalva Aleksandroviç 3 – cü və 5 – ci sinif şagirdləri ilə açıq dərs tipli ustad dərsləri (master klaslar) keçirmişdi. Virtuoz görkəmli yenilikçi müəllim öz bilik və bacarıqlarında, təcrübələrində maraqlı formada uşaqlara olan dərin sevgisini paylaşmışdır. Seminar iştirakçıları – müəllimlərin rəyinə əsasən onların iş təcrübəsindən asılı olmayaraq, Ş.A.Amonaşvillinin seminarda iştirakı onların baxışlarında, hətta şəxsi peşəsi haqqında olan təsəvvürlərində köklü dəyişikliklər etdi. Yeni ideyalar, ilham, şagirdlərilə tezliklə görüşmək istəyi – seminardan sonrakı ilkin təəssüratlar idi.

Ş. Aleksandroviş öz yaradıcılığı ilə uşaqların təbiətini anlamaqda, tərbiyənin dərin psixoloji aspektlərini açmaqda, pedaqogikanın əsas həqiqətlərini sübut etməkdə bizlərə kömək edir. Onun fikrincə “Uşaq qab deyil ki onu doldurasan, o, məşəldir, onu yandırmaq lazımdır “. O, izah edir ki, hər bir insanda dərinliklərdə ruhunun qabiliyyətləri qorunur, amma onların açılması böyük səy, zəhmət, istək, öz gücünə inam tələb edir. Humanist pedaqogika təbiətin bu “hədiyyə”lərini nəzərə alır və öz pedaqoji praktikasında istifadə edir. Fenomen Ş.A.Amonaşvillinin praktiki nəzəriyyəsinin və irsinin əhəmiyyəti ondan ibarətdir ki, seminara olan maraq təkcə müəllim, tərbiyəçi, psixoloq, təhsil rəhbərlərində deyil, həmçinin pedaqogikadan kənar işlə çalışan sadə insanlarda, fərdi sahibkarlarda, evdar xanımlarda, hüquqşünaslarda və s.də də yaranmışdır.

Təhsil naziri Cənab Mikayıl Cabbarovun dəstəyi ilə Təhsil Problemləri İnstitutunun həyatında daha bir sevindirici və əhəmiyyətli hadisə Humanist Pedaqogikanın Mərkəzinin açılışı olub. Mərkəzin təntənəli açılışı, Təhsil Problemləri İnistitutunun direktoru Qulu Novruzov, Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzinin fəxri prezidenti Ş.A.Amonaşvilli, Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzinin direktoru, “Basti Bubu” adlı uşaq rəssamlıq studiyasınln rəhbəri P.Ş.Amonaşvilli, həmçinin “Valideyn Qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri K.S.Mansurovanın və ümumbəşəri dəyərlər üzrə Avropa institutunun şöbə müdiri V.O.Voşininin iştirakı ilə keçirilib.

Mərkəzin iş prinsipinin əsasları – Humanist pedaqogika və müəllimlər arasında təcrübə ideyalarının yayılması; müəllimlərin Humanist Pedaqogika ideyaları ətrafında cəm olması; müəllimlərin Humanist pedaqogikanın klassik eləcə də müasir təfəkkürün professional öyrənilməsinə istiqamətlənməsi; dəyirmi masa arxasında konfrans, seminar, təcrübə mübadiləsi üzrə ustad dərslərinin (master-klassların) keçirilməsi; Humanist pedaqogika üzrə yerlərdə ictimai laboratoriyanın təşkili; hər il Humanist pedaqogika üzrə Respublika Pedaqoji Mühazirələrin keçirilməsi məsələlərindən ibarət olacaq.

Təhsil Problemləri İnstitutunun tarixində daha bir mühüm məqam 2014 – cü il 5-6 dekabrda “Mənəvi – əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşmasının əsası” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi olmuşdur. Tədbir Təhsil Problemləri İnstitutu ilə Təhsil Nazirliyi və Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil edilmişdir. Konfransda təhsil sahəsində tədqiqatları ilə məşhur olan Gürcüstan, Qazaxıstan, Rusiya və Latviya nümayəndələri, eləcə də Milli Məclisin deputatları, dövlət təşkilatlarının rəsmiləri, qeyri-dövlət təşkilatlarının nümayəndələri və orta məktəb və ali təhsil müəssisələrinin müəllimləri iştirak etmişlər.

Konfransın təşkilinin əsas məqsədi şəxsiyyətin formalaşması və onun mənəvi – əxlaqi inkişafı, müasir tendensiyalar, qabaqcıl təcrübə mübadiləsi və onun Azərbaycan təhsil sisteminə inteqrasiyası məsələlərinin müzakirəsi idi.

Konfransı giriş sözü ilə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov açıq elan etdi. O, öz çıxışında uşaqların mənəvi-əxlaqi tərbiyəsinin təmin olunması təhsil müəssisələrinin əsas vəzifələri olmalı olduğunu, yaradıcılıq üçün fərdi motivasiya inkişaf etdirməyin, şəxsiyyətin hərtərəfli inkişafı, onun qabiliyyətlərinin hərtərəfli açılması üçün şəraitin yaradılmasının vacibliyini vurğuladı.

O, həmçinin Respublika üçün belə bir mühüm hadisəyə toxunaraq, Humanitar Pedaqogika Mərkəzinin rəhbərlik etdiyi qurumda açılışını elan etdi.

Humanist Pedaqogika beynəlxalq Assosasiyasının fəxri prezidenti Şalva Amonaşvilli öz çıxışında tələbələrin mənəvi əxlaqi inkişafının vacibliyini və tərbiyənin əsas fəaliyyətini xüsusi qeyd etdi.

Həmçinin Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd etdi ki, təhsil sistemində çox vaxt yalnız təhsilə diqqət yetirilir ki, bu da düzgün deyildir: “Bütün dövrlərdə insanın mənəvi tərbiyəsi çox vacib olub. Bu gün qloballaşma və yeni çağırışlar ərəfəsində hər bir ölkə qarşısında geniş dünyagörüşü ilə tam və mənəvi şəxsiyyətin formalaşması kimi ciddi məsələlər durur” .

Konfransda həmçinin maraqlı məruzələrlə başqa konfrans iştirakçıları da çıxışlar etmişdilər. Bütün iştirakçılar böyük zəhmətlə yüzilliklərdən bəri bizə gəlib çatmış mədəni və tarixi irisin bərpası üçün gənc nəslin mənəvi əxlaqi tərbiyəsinin zəruriliyini və vacibliyini vurğuladılar.

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Səadət Qəhrəmanova bildirib ki, daim gənc nəslə mənəvi dəyərləri aşılamağiın yeni yolları və üsullarını axtarmaq lazımdır. Mənəvi əxlaqi tərbiyənin vacibliyini Dağıstan Dövlət Universitetinin kafedra müdri Cəfər Mallayev də bildirdi. “Mənəvi əxlaqi tərbiyə mövzusunda biz yekdil olmalıyıq! Belə ki, milli dəyərlərimizi qorumaqla dünyəvi dəyərləri artıra bilərik”. Cəfər Mallayev Azərbaycan mütəfəkkirlərinin əsərlərində mövcud olan humanizm ideyalarının təbliğini, Azərbaycan xalqının humanistliyini vurğulamışdır. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəxtiyar Əliyev diqqətləri “şəxsiyyətin tam formalaşmasının azad cəmiyyətdə mümkünlüyü” fikri üzərinə yönəltdi. “İnsan öz potensialını sərbəst həyata keçirtməyi bacarmalıdır,cəmiyyət isə, bunun üçün hər bir şəraiti yaratmalıdır. Müstəqilliyə can atan insan üçün istənilən ikili standartlar, və təzyiq bəşəriyyət üçün təhlükəlidir! ” – millət vəkili əlavə edib.

Konfransın işi bölmə iclaslarında davam etdirildi ki, dinləyicilər öz pedaqoji fəaliyyətlərinin nəticələrini, iş metodlarını nümayiş etdirdilər, konfransın mövzusu barədə fikirlərini bildirdilər.