Əsasnamə

«Humanist Pedaqogika mədəni-maarifləndirici Mərkəz»
Azərbaycan ictimai birliyi

1. Ümumi müddəalar

1.1 “Humanist Pedaqogika mədəni-maarifləndirici Mərkəz” Respublika ictimai birliyi (sonralar Mərkəz) təhsil prosesinə humanist (insani) – şəxsi yanaşmanın inkişafında və tətbiqində, Azərbaycanda tədris prosesinin humanistləşdirilməsi yolu ilə ictimaiyyətin (cəmiyyətin) mədəni səviyyəsinin yüksəldilməsində özünün qanuni mədəni-tədris ümumi maraqlarının təmin edilməsi və müdafiəsi məqsədilə yaradılmış müstəqil, könüllü, ictimai təşkilatdır.

1.2 Mərkəz yaradılmış qanuni nizamda dövlət qeydiyyatı anından hüquqi şəxsdir, mülkiyyətində xüsusi əmlaka malikdir, öz adından Azərbaycan ərazisində və ondan kənarda (onun hüdudlarında kənarda) sazişlər bağlamaq, əmlak (mülkü) hüququ əldə etmək, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir.

1.3 Mərkəz müstəqil balansa, bank təsisatlarında hesaba malikdir, qeyri-kommersiya təşkilatıdır, dairəvi möhürə, ştampa, özünün adına və öz embleminin təsvirinə, simvolikaya və dövlət tərəfindən təsdiq olunan digər rekvizitlərə malikdir.

1.4 Mərkəz özünüidarə, könüllülük, üzvlərin bərabərhüquqluluğu, aşkarlıq, qanunilik, humanizm və mədəni ümumbəşəri dəyərlərin üstünlüyü prinsipləri əsasında fəaliyyət göstərir.

1.5 Mərkəz öz fəaliyyətində Azərbaycan qanunvericiliyi və bu Nizamnamə ilə işləyən (fəaliyyət göstərən) Azərbaycan Konstitutsiyasını rəhbər tutur.

1.6 Mərkəz dövlətin və öz üzvlərinin məsuliyyətinə görə cavabdehlik daşımır (cavabdeh deyil).

1.7 Mərkəz tam ada malikdir:
Azərbaycan dilində ‒ “Mədəni-maarif Humanitar Pedaqogika Mərkəzi”.
Rus dilində ‒ общественное объединение “Культурно-просветительский Центр Гуманной Педагогики”.
İngilis dilində ‒ Public association “Cultural-educational Center of Humane Pedagogics”.

1.8 Mərkəz Azərbaycan ərazisində fəaliyyət göstərir.
Hüquqi və faktiki ünvanı: Azərbaycan, Bakı şəh. Z.Əliyeva küç., 96.

2. Fəaliyyətin (İşin) məqsədi, vəzifələri və əsas istiqamətləri

2.1 Mərkəz müasir təhsil sisteminin fəlsəfi əsası kimi Humanitar pedaqogika üzrə prinsiplərin və işləriın elmə və Azərbaycan pedaqoji fəaliyyət təcrübəsinə tətbiqinə kömək (yardım) məqsədilə, eləcə də tərbiyə və təhsil prosesində şəxsiyyətin formalaşması inkişafında mədəniyyətin aparıcı rolunun pedaqoji cəmiyyət tərəfindən təsdiqinə yardım məqsədilə yaradılmışdır.

2.2 Mərkəzin fəaliyyəti dünya pedaqogikası klassiklərindən Y.Kamenskinin, Q.Skovorodanın, K.Uşinskinin, L.Tolstoyun, N.Piroqovun, A.Makarenkonun, Nizami Gəncəvinin, N.Tusinin, İ.Nəsiminin, Q.Zərdabinin və digərlərinin yaradıcı irsinə əsaslanan, eləcə də müəllimlərin, valideynlərin, uşaqların və gənclərin mədəni səviyyəsinin yüksəlməsinə, şəxsiyyətin və cəmiyyətin həyatında mədəniyyətin və mənəviyyatın ümumbəşəri dəyərlərin üstünlüyünə nisbətdə (münasibətdə) onların şüurunun genişlənməsinə əsaslanan Hümanist Pedaqogika üzrə akademik Amonaşvilinin müəllif işlərinin əməli reallaşdırılmasına və geniş təbliğatına istiqamətlənmişdir.

2.3 Mərkəzin fəaliyyətinin başlıca vəzifələri və əsas istiqamətləri:

2.3.1 Müəllimlərin və valideynlərin, uşaqların və gənclərin mədəni səviyyəsinin yüksəldilməsinə və tədris prosesinə uşaqlara şəxsi – humanist yanaşmağa yönəlmiş elmi-pedaqoji proqramın daxil edilməsinə yardım edilməsinə istiqamətlənmiş mədəni və təhsil fəaliyyəti;

2.3.2 Humanist Pedaqogikanın yerli özəklərinin, ərazi və siniflərinin şəbəkəsinin genişlənməsi;

2.3.3 Humanist Pedaqogika üzrə beynəlxalq, respublika, ərazi ustad siniflərinin (Master Class), seminarların, konfransların, mühazirələrin təşkili və keçirilməsi.

2.3.4 İctimai həyatda (Cəmiyyətin həyatında) mədəniyyətin rolunun yüksəldilməsinə yönəldilmiş metodiki tövsiyələrin, normativ-hüquqi aktlar layihələrinin işlənib hazırlanmasında iştirak edilməsi;

2.3.5 Kitab və jurnalların hazırlanması, tərcüməsi və nəşri, mədəniyyət humanist pedaqogika məsələləri üzrə videoməhsulların buraxılışı, o cümlədən Mərkəzin Nizamnamə vəzifələrinin (məsələlərinin) yerinə yetirilməsi (həlli) üçün şəxsi nəşriyyatın yardılması yolu ilə kütləvi informasiya vasitələri ilə iş.

2.3.6 Humanist pedaqogikanın Azərbaycan məktəblərinin inkişaf istiqamətlərindən biri kimi qəbul edilməsi, eləcə də Humanist pedaqogikanın ideyalarının pedaqoji kadrların hazırlanması və yenidən hazırlanması proqramına daxil edilməsinə yardım məqsədilə mədəni, pedaqoji, akademik və elmi-tədqiqat müəssisələri və təşkilatları ilə, tədris müəssisələri ilə əlaqələrin təşkil edilməsi;

2.3.7 Alimlər, müəllimlər və pedaqoqlar arasında, tələbələr və şagirdlər arasında Humanist Pedaqogika məsələləri üzrə müstəqil sosioloji tədqiqatların təşkili və aparılması;

2.3.8 Beynəlxalq Humanist Pedaqogika Mərkəzi ilə mədəni-təhsil fəaliyyətinə və təhsil prosesinə humanist-şəxsi yanaşmaya yönəlmiş digər xarici (əcnəbi) müəssisə və təşkilatlarla yaradıcılıq münasibətlərinin təşkili, bu istiqamətdə yerli elmi tədqiqatların aparılması;

2.4 Lisenziya altına düşən fəaliyyət, yalnız uyğun lisenziya aldıqdan sonra Mərkəz tərəfindən həyata keçirilir.

2.5 Mərkəz məqsəd və vəzifələrini həyata keçirmək üçün Azərbaycanın mövcud qanunvericiliyinin müəyyən edilmiş qaydalarına əsasən edə bilər:

2.5.1 Beynəlxalq qurultayda, konfransda, simposiumlarda Nizamnaməyə uyğun şəkildə məsələlər üzrə fəaliyyətdə iştirak etmək və şəxsi təşəbbüs üzrə uyğun təbbirləri keçirmək;

2.5.2 Mərkəzin üzvlərini xaricə ezamiyyətə göndərmək və Azərbaycanda xarici nümayəndələri və fiziki şəxsləri qəbul etmək;

2.5.3 Mərkəzin Nizamnaməyə uyğun fəaliyyətlə əlaqəsi olan nəzəri və praktiki məsələlər üzrə məlumatların informasiya bankını formalaşdırmaq;

2.5.4 Ştatlı işçiləri toplamaq zərurəti zamanı; Nizamnamə məsələlərinin reallaşdırılması məqsədilə müəssisələrin və digər özünümaliyyələşdirən təşkilatların yaradılması yolu ilə təsərrüfat və digər kommersiya fəaliyyətini həyata keçirmək;

2.5.5 Dünya pedaqogikası və mədəniyyətinin görkəmli nümayəndələrinin adlarının böhtan və təhqredici qəsdlərdən müdafiə edilməsində iştirak etmək;

2.5.6 Nizamnamə fəaliyyətinə aid olan müxtəlif məsələlər üzrə təşəbbüslərlə çıxış etmək, dövlət hakimiyyət orqanlarına və yerli özünüidarə orqanlarına təkliflər vermək;

2.5.7 Mövcud qanunvericiliyin nəzərdə tutduğu qaydada Mərkəzin fəaliyyətinə dair dövlət hakimiyyət orqanlarına və yerli idarəetmə orqanlarına təkliflərlə müraciət etmək;

Nizamnamənin məqsəd və vəzifələrinin reallaşdırılması üçün zəruri olan informasiyanı dövlət hakimiyyət orqanlarından və yerli idarəetmə orqanlarından almaq;

2.5.8 Mərkəzin Nizamnaməyə uyğun fəaliyyəti ilə əlaqəli olan məsələlər üzrə qanunların layihələrinin, digər normativ-hüquqi aktların, layihələrin və proqramların ictimai ekspertizasını həyata keçirmək;

2.5.9 Öz fəaliyyətinin planlarını və proqramlarını müstəqil şəkildə işləyib hazırlamaq və təsdiqləmək;

2.5.10 İş əlaqələrini təşkil etmək, incəsənət, mədəniyyət, elm, iqtisadiyyat, maliyyə, sahibkarlıq, hüquq mühafizəsi, bütün maraqlı olan hüquqi və fiziki şəxslərlə, o cümlədən əcnəbilərlə sosial təşkilat sahəsində əməkdaşlıq etmək;

2.5.11 Mədəniyyətin, incəsənətin, elmin, təhsilin və tibbin inkişafına vasitələrin cəlb edilməsinə kömək (yardım) etmək;

2.5.12 Qanunvericilik çərçivəsində beynəlxalq, milli və ərazi layihələrinin və xeyriyyə proqramlarının reallaşdırılmasında iştirak etmək;

2.5.13 Təhsil sahəsinə aid olan məsələlər üzrə öz üzvlərinin, onların xahişi ilə dövlət hakimiyyət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə və digər təşkilatlarda hüquqi və qanuni maraqlarını təmsil etmək və qorumaq;

2.5.14 Mərkəzin təşkilati strukturunu müstəqil müəyyən etmək, ştat aparatını yaratmaq (formalaşdırmaq), əmək haqlarının forma və həcmi məsələsini, ştat aparatının əməkdaşlarının maddi cəhətdən mükafatlandırılması məsələsini həll etmək;

2.5.15 Mərkəzin fəaliyyət istiqamətlərindən mütəxəssislərin müvəqqəti və daimi kollektivini yaratmaq, ayrı-ayrı mütəxəssisləri, o cümlədən əcnəbiləri razılaşma (müqavilə) əsasında onların əmək haqlarını ödəməklə cəlb etmək;

2.5.16 Öz fəaliyyətini təbliğ etmək, onun haqqında informasiyanı sərbəst və geniş yaymaq;

2.5.17 Kütləvi informasiya vasitələrini (təsis etmək) yaratmaq, nəşr və maarifləndirmə fəaliyyətini gerçəkləşdirmək (həyata keçirmək);

2.5.18 Mərkəzin Nizamnamə vəzifələrinin həlli üçün şəxsi aidio, video studiyaların yaradılması yolu ilə Mərkəzin məzmun və fəaliyyətini tanıtmaq məqsədilə audio, video, slayd-proqramlar, nəşrlər formasında intellektual əmlak yaratmaq;

2.5.19 Mərkəzin Nizamnaməyə uyğun fəaliyyətinin istiqamətləri ilə uyğunluqda komissiyalar, komitələr, şuralar, seksiyalar (bölmələr) yaratmaq, o cümlədən elələrini ki, onların tərkibinə daxildir: kitabxanalar, klublar, muzeylər, dərnəklər, lektoriyalar, ictimai universitetlər, hansıların ki, fəaliyyətləri gəlir əldə etməyə istiqamətlənməmişdir. Mərkəzin bölmələri haqqında Əsasnamə Mərkəzin İdarə heyəti tərəfindən təsdiq olunur;

2.5.20 Humanist Pedaqogika şöbələri, laboratoriyaları, Humanist Pedaqogika mərkəzləri kimi vilayət, rayon, şəhər, qəsəbə, kənd yerli özəkləri;

2.5.21 Nizamnamənin məqsəd və vəzifələrini həyata keçirmək üçün sərgilər, konkurslar, konsertlər. festivallar və digər buna oxşar (bənzər) gəlir əldə etməyən tədbirlər təşkil etmək və keçirmək;

2.5.22 Digər, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti həyata keçirmək;

2.5.23 Mərkəz, qanunvericiliyə müvafiq olaraq, beynəlxalq ictimai təşkilatlar yarada və ya daxil ola bilər, vətəndaşların birlik ittifaqları və beynəlxalq ittifaqlar yarada bilər, birbaşa beynəlxalq əlaqə və münasibət saxlaya bilər, müvafiq razılaşmalar bağlaya bilər, eləcə də tədbirlər təşkil edə bilər və Azərbaycanın beynəlxalq öhdəçiliyinə zidd olmayan tədbirlərin həyata keçirilməsində iştirak edə bilər.

3. Mərkəzin strukturu və Nizamnaməyə müvafiq orqanları

3.1 Mərkəzin ali rəhbər orqanı ildə bir dəfədən az olmadan çağırılan Ümumi iclas (yığıncaq) və üç ildən bir çağırılan hesabat-seçki yığıncağıdır. Ümumi iclasın çağırışı və gündəliyi haqqında Mərkəzin üzvlərinə onun keçirilməsindən bir ay əvvəldən gec olmadan bildiriş (xəbər) verilir.

3.2 Növbədənkənar Ümumi yığıncaq Mərkəzin İdarə heyəti və Prezidentinin qərarı ilə çağrıla bilər.

3.3 Ümumi iclas (yığıncaq), onda Azərbaycan regionlarından (vilayətlərindən) yerli özəklərdən nümayəndələrin ümumi sayından yarıdan çoxu iştirak etdiyi halda (zaman) səlahiyyətlidir. Azərbaycan vilayətlərinin yerli özəklərindən təmsil olunma norması, çağırışın vaxtı və yeri, ümumi iclasın gündəliyi Mərkəzin İdarə heyəti tərəfindən müəyyən edilir.

3.4 Həlledici səs hüquqlu Ümumi iclas (toplantı) iştirakçıları: Prezident, Vitse-Prezident, elmi rəhbər, İdarə heyəti üzvləri, Müfəttiş komissiyasının sədri, yerli özəklərdən nümayəndələr.

3.5 Hüquqi şəxsin – Mərkəzin bağlanması haqqında məsələdən savayı, Ümumi yığıncağın qərarı Ümumi yığıncağın işində iştirak edən nümayəndələrin adi səs çoxluğu qəbul olunur. Hər bir nümayəndə bir səsə malikdir. Səsvermə forması Ümumi yığıncaqla müəyyən (təyin) olunur.

3.6 Ümumi iclas (yığıncaq, toplantı):

3.6.1 Mərkəzin fəaliyyətinin əsas istiqamətini müəyyən və təsdiq edir;

3.6.2 Mərkəzin Nizamnaməsini təsdiq edir;

3.6.3 Mərkəzin Nizamnaməsinə dəyişikliklər və əlavələr daxil edir;

3.6.4 Mərkəzin əmlakına və vasitələrinə mülkiyyət hüququnu həyata keçirir;

3.6.5 Üç illik müddətlə (müddətlik) icraedici orqanları seçir: Mərkəzin Prezidentini, Mərkəzin İdarə heyətini, Mərkəzin Vitse-Prezidentini, Mərkəzin Müfəttiş Komissiyasını və onun sədrini;

3.6.6 Mərkəzin Elmi rəhbərini, Fəxri üzvlərini və Fəxri prezidentini seçir;

3.6.7 Mərkəzin Prezidentinin, Vitse-Prezidentlərinin hesabatlarını dinləyir və təsdiqləyir;

3.6.8 Mərkəzin fəaliyyətinin istənilən məsələlərini həll edir;

3.6.9 Mərkəzin yaradılması, yenidən təşkili və ləğv edilməsi məsələlərini həll edir.

3.7 Mərkəzin prezidenti Ümumi toplantının qərarı ilə müəyyən edilən öz səlahiyyətləri hüdudunda:

3.7.1 İdarə heyətinə başçılıq edir:

3.7.2 Mərkəzin mövcud fəaliyyətinə rəhbərliyi həyata keçirir;

3.7.3 Mərkəzin Nizamnamə vəzifələrinin həllinin təşkilini təmin edir;

3.7.4 Etibarnaməsiz Mərkəzin adından hərəkət edir (fəaliyyət göstərir);

3.7.5 Öz səlahiyyəti hüdudlarında Mərkəzin üzvləri və ştatlı işçiləri tərəfindən yerinə yetirilməsi vacib olan əmrlər, digər aktlar nəşr edir;

3.7.6 Mərkəzin Vitse-prezidentlərinin sayına görə Mərkəzin Ümumi yığıncağına məlumat (yazılı təklif) verir;

3.7.7 Mərkəzin Vitse-prezidentlərinin seçilməsi və yenidən seçilməsinə dair Mərkəzin Ümumi yığıncağına məlumat (yazılı təklif) verir;

3.7.8 Mərkəzin vitse-prezidentləri arasında vəzifələrin bölgüsünü müəyyən edir və təsdiqləyir;

3.7.9 İdarə heyətinin məsul katibinin seçilməsi və yenidən seçilməsinə dair Mərkəzin İdarə heyətində məlumat (yazılı təklif) vermək;

3.7.10 Mərkəzin Vitse-prezidentlərinin özlərinin ayrı-ayrı vəkalətini (hüququnu) göstərir;

3.8 İdarə heyəti Ümumi Ümumi toplantılar arasındakı müddətdə Mərkəzin idarə edilməsinin daima fəaliyyət göstərən rəhbər kollegial orqanıdır.

3.8.1 İdarə heyəti üç il müddətinə Ümumi toplantı tərəfindən seçilir;

3.8.2 İdarə heyəti qrafikə əsasən yarım ildə bir dəfədən az olmadan çağırılır;

3.8.3 İdarə heyətinin növbədənkənar iclası Mərkəzin prezidentinin tələbi ilə (üzrə) və ya İdarə heyətinin 1/3-dən az olmayan üzvünün tələbi ilə toplanır;

3.8.4 İdarə heyətinin iclası onun tərkibinin yarıdan çoxunun mövcudluğu zamanı səlahiyyətlidir;

3.8.5 İdarə heyətinin qərarı adi səs çoxluğu ilə qəbul olunur. İdarə heyətinin üzvlərinin səsləri bərabər bölünən halda, Mərkəzin prezidenti üstün səs hüququna malikdir;

3.8.6 İclası İdarə heyətinin prezidenti və ya onun tapşırığı ilə Mərkəzin vitse-prezidentlərindən biri aparır.

3.9 İdarə heyətinin səlahiyyətləri (hüquqları):

3.9.1 Mərkəzin Ümumi yığıncağını çağırır;

3.9.2 Mərkəzin Ümumi yığıncağının gündəliyini təsdiq edir, Ümumi yığıncaq tərəfindən baxılacaq (nəzərdən keçiriləcək) məsələləri hazırlayır (Ümumi yığıncağın müzakirəsinə məsələləri hazırlayır) və Ümumi yığıncağın qərar layihəsini işləyib hazırlayır;

3.9.3 Mərkəzin fəaliyyətinin əsas istiqamətləri üzrə təklifləri, proqramları işləyib hazırlayır və onları Ümumi yığıncağın müzakirəsinə çıxarır;

3.9.4 Mərkəzin yerli özəklərinin yaradılması məsələlərini həll edir;

3.9.5 Mərkəzə Prezidentin, Vitse-prezidentlərin, yerli özəklərin rəhbərlərinin təqdimatına görə üzv qəbul edir;

3.9.6 Mərkəzdən üzvlərin çıxarılması haqqında məsələni, eləcə də onlara xəbərdarlıq elan edilməsini həll edir;

3.9.7 Mərkəzin Prezidentinin təqdimatına görə İdarə heyəti üzvləri arasında vəzifələrin bölgüsünü müəyyən edir və təsdiqləyir;

3.9.8 Mərkəzin Prezidentinin təqdimatına görə İdarə heyətinin Məsul katibini seçir;

3.9.9 Mərkəz tərəfindən yaradılmış müəssisə və təşkilatların nizamnaməsini və onların rəhbərlərini təsdiq edir;

3.9.10 Mərkəzin fəaliyyətinin məsələlərini nəzərdən keçirir (müzakirə edir) və həll edir, hansı ki, yalnız Ümumi yığıncağın və Mərkəzin Prezidentinin səlahiyyətində deyil;

3.9.11 Mərkəzin Nizamnamə vəzifələrinin (məsələlərinin) reallaşmasına istiqamətlənmiş elmi-tədqiqat, mədəni-maarif və digər fəaliyyət növlərini koordinasiya edir;

3.9.12 Mərkəzin büdcə siyasətinin əsas mövqeyini təyin edir, eləcə də keçən ilə görə büdcənin yerinə yetirilməsi (istifadəsi) haqqında hesabatı təsdiq edir;

3.9.13 Müfəttiş komissiyasının illik hesabatını nəzərdən keçirir və təsdiq edir;

3.9.14 Mərkəz tərəfindən bağlanmış müqavilənin yerinə yetirilməsini nəzərdə saxlayır;

3.9.15 Mərkəzin yerli özəklərinin rəhbərlərinin onların fəaliyyətləri haqqında hesabatlarını dinləyir;

3.9.16 Katiblik, məsləhət və ekspert orqanları, müvəqqəti yaradıcılıq kollektivləri və Nizamnamə tapşırıqlarının (məsələlərinin) reallaşdırılması üçün zəruri olan digər strukturları yaradır;

3.9.17 Mərkəzin digər təşkilatların işində iştirak məsələsini həll edir;

3.9.18 Mərkəzin möhürləri, ştampları və simvolikasının nümunələrini təsdiq edir;

3.9.19 Mərkəzin prezidentinin təqdimatına görə Mərkəzin koordinasiya şurasının tərkibini təsdiq edir;

3.9.20 Yerli özəklər haqqında, üzvlük haqqında, Müfəttiş Komissiyası və s. haqqında Əsasnaməni təsdiq edir; üzvlük haqlarının miqdarını (həcmini) müəyyən edir;

3.9.21 Mərkəz tərəfindən yaradılan (Mərkəzin yaratdığı) müəssisə və təşkilatların və onların rəhbərlərinin fəaliyyətinə nəzarət edir;

3.10 Mərkəzin Koordinasiya Şurası Mərkəzin yerli özəklərinin rəhbərlərindən və görkəmli mədəniyyət və elm xadimlərindən ibarət olan Mərkəzin İdarə heyətinin məşvərətçi orqanıdır. Koordinasiya Şurasının vəkalət (hüquqları) və strukturu Mərkəzin İdarə heyəti tərəfindən təsdiq olunmuş Koordinasiya Şurası haqqında Əsasnamə ilə müəyyən edilir;

3.11 Mərkəzin yerli özəkləri İdarə heyətinin qərarı ilə Mərkəzin nizamnamə tapşırıq və proqramlarının reallaşdırılması üçün yaradılır.

3.11.1 Yerli özəklər Azərbaycanın rayonlarında, şəhərlərində, qəsəbələrində, kəndlərində yaradıla bilər.

3.11.2 Yerli özəklər aşağıdakı formalarda yaradıla bilər: bölmələr, laboratoriyalar, mərkəzlər və s.

3.11.3 Yerli özəklərin adlandırılması ibarətdir: 1) yaşayış məntəqəsinin adından, harda ki, Azərbaycanın inzibati-ərazi bölgüsünə əsasən təfsilatı ilə yerli özəklər leqallaşdırılmışdır (qanuniləşdirilmişdir);

3.11.4 Yerli özək üç nəfərdən az olmadan yaradıla bilər. (Yerli özəyi ən azı üç nəfər yarada bilər).

3.11.5 Yerli özək yaratmaq istəyənlər təsis yığıncağına toplanırlar.

3.11.6 Yerli özək yerli özəyin təsis yığıncağının qərarı ilə müəyyən edilən qeydiyyat yolu ilə və ya bildiriş yolu ilə leqallaşdırılır (qanuniləşdirilir).

3.11.7 Təsis yığıncağında bildiriş yolu ilə (hüquqi şəxs yaratmır) yerli özəyin leqallaşdırılması zamanı:
yerli özəyin yaradılması haqqında qərar qəbul olunur;
üç illik müddətə yerli özəyin sədri seçilir, hansının ki, namizədliyi Mərkəzin İdarə heyəti tərəfindən təsdiq edilir;
yerli özək haqqında Əsasnamə təsdiq olunur;
yerli özəyin Şurası seçilir (zəruri halda).

3.11.8 Təsis yığıncağında qeydiyyat yolu ilə (hüquqi şəxs yaratmır) yerli özəyin leqallaşdırılması zamanı:
yerli özəyin yaradılması haqqında qərar qəbul olunur;
yerli özək haqqında Əsasnamə təsdiq olunur;
üç illik müddətə yerli özəyin sədri seçilir, hansının ki, namizədliyi Mərkəzin İdarə heyəti tərəfindən təsdiq edilir;
icraedici və nəzarət orqanları seçilir: yerli özəyin Şurası (zəruri halda), müfəttiş komissiyası.

3.11.9 Təsis yığıncağı protokolunun orijinalı (əsli) Mərkəzin İdarə heyətinə göndərilir;

3.11.10 Mərkəzin İdarə heyəti üç ay müddətində yerli özəyin yaradılması haqqında sənədləri nəzərdən keçirir və müvafiq qərar qəbul edir. Yerli özəyin yaradılması təşəbbüsü və yerli özəyin sədrinin təsdiqlənməsi İdarə heyəti tərəfindən dəstəkləndiyi halda, İdarə heyətinin müsbət qərarı qoyulmuş qanunvericilik qaydasında yerli özəyin leqallaşdırılması proseduru (qanuniləşdirilməsi üsulu)başlanğıc üçün əsasdır.

3.12 Mərkəzin yerli özəkləri:

3.12.1 Öz fəaliyyətlərini üzvlərin sərbəst iradəsini bildirmə, bərabər hüquqluluq, özünüidarəetmə, qanunilk və aşkarlıq, cəmiyyət və kütləvi informasiya vasitələri üçün aşkarlıq prinsipləri üzərində həyata keçirir;

3.12.2 Öz fəaliyyətlərini Azərbaycan Konstitutsiyasına, “Vətəndaş həmrəyliyi (birliyi) haqqında” Azərbaycan qanununa, Azərbaycanın digər normativ-hüquqi aktlarına, Mərkəzin Nizamnaməsinə, yerli özəklər haqqında Əsasnaməyə və Mərkəzin rəhbər orqanlarının qanuni qərarına əsasən həyata keçirirlər;

3.12.3 Humanist pedaqogika ideyalarını tədris-tərbiyəvi prosesə daxil edilməsinə, Humanist Pedaqogika haqqında informasiyanın yayılmasına müvafiq surətdə Mərkəzin Nizamnamə tapşırıqlarının yerinə yetirilməsini təmin edir:

3.12.4 Mərkəzin tədbirləri haqqında məlumatların (informasiyanın) yayılmasına yardım edir və Mərkəzin ideya və məqsədini təbliğ edir;

3.12.5 Öz təkliflərini Mərkəzin İdarəetmə orqanlarına daxil edirlər;

3.12.6 Mərkəzə üzvlüyə qəbul haqqında, Mərkəzin yeni özəklərinin yaradılması haqqında Mərkəzin idarə heyətinə təkliflər yazırlar;

3.12.7 Kitabxanalar, klublar, muzeylər, dərnəklər, lektoriyalar, ictimai universitetlər və s. yarada bilərlər;

3.12.8 İdarə heyəti tərəfindən təsdiq olunmuş, yerli özəklər haqqında hazırkı Nizamnamə və Əsasnamə əsasında fəaliyyət göstərirlər (hərəkət edirlər).

3.13 Mərkəzin Müfəttiş Komissiyası Mərkəzin nəzarətedici orqanıdır, Ümumi yığıncaq tərəfindən üç illik müddətə seçilir, lazım olduqda (zəruri halda), Müfəttiş Komissiyasının sədri tərəfindən cağırılır, lakin ildə 1 dəfədən az olmayaraq,eləcə də Mərkəzin Prezidentinin, Vitse-prezidentlərinin və ya İdarə heyətinin tələbi üzrə (tərkibin yarısından az olmadan).

3.13.1 Müfəttiş Komissiyasının sədri Mərkəzin Ümumi yığıncağı tərəfindən üç illik müddətə seçilir və həlledici səs hüququ ilə İdarə heyətinin tərkibinə daxil olur;

3.13.2 Müfəttiş Komissiyası:

– Mərkəzin əmlakının qorunmasına və Mərkəzin fəaliyyətində Nizamnaməyə və mövcud qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirir;
– İldə bir dəfə Mərkəzin maliyyə fəaliyyətinin təftişini həyata keçirir, təftişin nəticələri haqqında hesabatı İdarə heyətinin müzakirəsinə və təsdiqinə təqdim edir;
– Mərkəzin üzvlərinin məktublarına, ərizələrinə və təkliflərinə baxış üzrə işi yoxlayır;
– Mərkəz tərəfindən yaradılmış idarə, müəssisə və təşkilatların işini yoxlayır.

4. Mərkəzin üzvləri, onların hüquq və vəzifələri

4.1 Mərkəzə üzvlük qeydiyyat şəklində olur. O, fərdi və kollektiv şəkildə ola bilər.

4.2 Mərkəzin fərdi üzvləri, əgər onlar Mərkəzin Nizamnaməsini qəbul edərlərsə, Mərkəzi dəstəkləyərlərsə və Nizamnaməyə müvafiq fəaliyyətin reallaşmasında iştirak edərlərsə, milli mənsubiyyətindən (millətindən), sosial mövqeyindən, digər təşkilatlara aidiyyatından, dini inanclarından və s. asılı olmadan, 14 yaşa çatmış fiziki şəxslər ola bilər. Kollektiv üzvlər – müəssisələrin, idarələrin, təşkilatların, ictimai təşkilatların əmək kollektivləri, hansı ki, Humanist pedaqogikanın ideyalarının yayılmasında və öz fəalliyyətlərinə daxil edilməsində var qüvvəsi ilə iştirak etməyi qəbul etməyə cəhd edirlər və bu Nizamnaməni qəbul edirlər.

4.3 Mərkəzin fərdi üzvünün qəbulu haqqında qərarı qəbul olunanın ərizəsi və Mərkəzin Prezidentinin və ya vitse-prezidentlərinin, yerli özəklərə müvafiq (aid) İdarə heyətinin üzvlərinin təqdimatı əsasında İdarə heyəti qəbul edir. Mərkəzin kollektiv üzvlərinin qəbulu haqqında qərarı İdarə heyəti rəhbərin ərizəsi və əmək kollektivinin iclasının (yığıncağının) qərarı və Prezidentin və vitse-prezidentlərdən birinin, yerli özəklərə müvafiq İdarə heyətinin üzvlərinin təqdimatı əsasında qəbul edirlər (protokol və ya protokoldan çıxarış təqdim olunur).

4.4 Mərkəzin Fəxri Prezidenti və Fəxri üzvləri təhsil prosesinə şəxsi-humanist yanaşma ideyalrının elmə və pedaqoji fəaliyyət praktikasının inkişafı və tətbiqi işinə dəyərli şəxsi töhfə vermiş şəxslər ola bilər. Mərkəzin Fəxri Prezidenti və Fəxri üzvləri İdarə heyətinin təqdimatına görə Ümumi yığıncaq tərəfindən (islasla) seçilir.

4.5 Mərkəzin üzvləri hüquqlara malikdir:

4.5.1 Mərkəzin Ümumi iclasının (toplantısının, yığıncağının) işində iştirak etmək (səsvermə hüququ olmadan);

4.5.2 Mərkəzin Ümumi iclasına (toplantısına, yığıncağına) nümayəndə kimi seçilmək (səsvermə hüququ ilə);

4.5.3 Mərkəzin Nizamnaməyə müvafiq bütün orqanlarına seçilmək;

4.5.4 Mərkəzin işinin yaxşılaşdırılması üzrə təklif və iradları bilavasitə Mərkəzin rəhbərliyinə, İdarə heyətinə və ya Müfəttiş komissiyasına təqdim etmək;

4.5.5 Mərkəzin kütləvi tədbirlərində iştirak etmək;

4.5.6 Öz hüquq və maraqlarının müdafiəsinə görə Mərkəzə müraciət etmək;

4.5.7 Mərkəzin fəaliyyəti haqqında informasiya (məlumat) almaq;

4.5.8 Məsləhət, metodiki, təşkilati və digər kömək almaq üçün Mərkəzə müraciət etmək;

4.5.9 İdarə heyətinə Mərkəzin fərdi üzvü adından ərizə vermək yolu ilə, Mərkəzin kollektiv üzvü olduqda isə, əmək kollektivinin qərarı əsasında Mərkəzdən könüllü çıxmaq;

4.6 Mərkəzin üzvlərinə vacibdir (üzvlərinin vəzifəsidir):

4.6.1 Mərkəzin Nizamnaməsinin mövqeyinə riayət etməyə;

4.6.2 Mərkəzin İdarə heyətinin. Prezidentinin və Ümumi yığıncağın qərarını yerinə yetirməyə;

4.6.3 Mərkəzin Nizamnamə tapşırıqlarının (məsələlərinin) reallaşmasına öz fəaliyyətləri ilə yardım (kömək) etməyə;

4.6.4 Öz mədəni və peşəkar səviyyəsini daima yüksəltməyə;

4.6.5 “Mərkəzin üzvü” imicinin və nüfuzunun yüksəldilməsinə öz şəxsi, peşəkar və ictimai fəaliyyəti ilə təsir göstərməyə;

4.6.6 Ümumi iclasın (toplantının, yığıncağın). İdarə heyətinin və Mərkəzin rəhbərliyinin müvafiq göstərişi olmadan Mərkəz adından müraciətlə, ərizə ilə çıxış etməməyə;

4.7 Mərkəzin üzvlərinin Nizamnamənin tələblərinə riayət etməmələrinə, qeyri-etik davranışlarına, Azərbaycan qanunvericiliyini pozduqların görə İdarə heyəti, Mərkəz üzvlərinə xəbərdarlıq elan edilməsi və ya onları Mərkəzdən kənarlaşdırmaq haqqında qərar qəbul edə bilər;

4.8 Üzvlüyün və Mərkəzə üzvlüyə daxil olmağın üsulu məsələləri Əsasnamə ilə qurula bilər, hansı ki, Mərkəzin İdarə heyəti tərəfindən təsdiq olunur.

5. Əmlak, vasitə və maliyyə-təsrrüfat fəaliyyəti.

5.1 Vasitələrin və Mərkəzin digər əmlakının daxil olması mənbələri:

5.1.1 Pulsuz və ya birdəfəlik maliyyə yardımı və ya könüllü ianə formasında daxil olan vasitə və ya əmlak;

5.1.2 Passiv gəlirlər;

5.1.3 Mərkəzə, onun əsas fəaliyyətindən daxil olan vasitə və ya əmlak;

5.1.4 Dövlət və ya yerli büdcədən, dövlətin hədəf və ya xeyriyyə fondundan, o cümlədən Mərkəzə beynəlxalq müqavilələrin şərtlərinə əsasən təqdim olunan humanitar yardım və ya texniki yardım hüdudunda alınmış dotasiya və ya subsidiyalar.

5.1.5 Mərkəzin layihələrinə hüquqi şəxlərdən və ya donor, cümlədən xarici (əcnəbi) təşkilatlardan alınmış qrantlar;

5.1.6 Fiziki və hüquqi şəxslər tərəfindən Mərkəzə verilən əmlak, bina, tikili, nəqliyyat vasitələri, avadanlıqlar (ləvazimatlar);

5.1.7 Konfransların, seminarların, master klassların, pedaqoji mühazirələrin, dəyirmi masaların və s. keçirilməsi üçün alınmış təşkilatı haqlar (ödəmələr);

5.2 Mərkəzə təqdim olunan istənilən yardım formaları əsl Nizamnaməyə müvafiq müəyyən edilmiş məqsədlər istifadə oluna bilər.

5.3 Mərkəz proqramların reallaşmasına, Mərkəzin ayrı-ayrı tədbirlərinə, eləcə də mövcud riyazı əməliyyatların həyata keçirilməsi üçün vətəndaşların məqsədli ödənişlərinin qəbulu üçün hesab açır.

5.4 Mərkəz, onun tərəfindən yaradılmış özünümaliyyələşdirən idarələrin, təşkilatların, müəssisələrin təsərrüfat və kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş əmlak və vasitəyə hüququ çatır.

5.5 Mərkəzin vasitə və əmlakı yalnız Nizamnamə tapşırıqlarının həlli üçün istifadə olunur və onun üzvləri arasında bölünə bilməz.

5.6 Mərkəz, onun özünümaliyyələşdirən müəssisə və təşkilatlarına vacibdir:

5.6.1 Operativ və mühasibat qeydləri, statistik hesablama aparmaq;

5.6.2 Dövlət vergi idarəsi orqanlarında qeydiyyatdan keçməli;

5.6.3 Qanunvericiliklə nəzərdən keçirilən qaydada və həcmdə büdcəyə ödənişlər daxil etmək.

6. Nizamnaməyə dəyişikliklər və əlavələr daxil edilməsi qaydası

6.1 Mərkəzin Nizamnaməyə dəyişikliklər və əlavələr Ümumi yığıncağın adi səs çoxluğu ilə daxil edilir. Mərkəzin Nizamnaməsinə dəyişikliklər və /və ya əlavələr, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada məcburi (mütləq) dövlət qeydiyyatına aid olurlar.

6.2 Mərkəzin Nizamnaməyə dəyişikliklər və / və ya əlavələr onların dövlət qeydiyyatı günündən qüvvəyə minir.

7. Mərkəzin fəaliyyətinin dayandırılması qaydası

7.1 Mərkəzin fəaliyyətinin dayandırılması qaydası özünün bütün əmlakının, hüquq və vəzifələrinin ləğv edilməsi yolu ilə və digər hüquqi şəxslərə – hüquqi varislərə (qarışdırılması, birləşməsi, bölgüsü, dəyişməsi) ötürülməsi nəticəsində həyata keçirilir.

7.2 Mərkəzin qarışdırılması, birləşdirilməsi, bölünməsi, şəklini dəyişməsi, əgər buna Mərkəzin Ümumi yığıncağının iştirak edən nümayəndələrinin 2/3-dən az olmayaraq səs verribsə, Ümumi yığıncağın qərarı üzrə həyata keçirilir.

7.3 Mərkəz ləğv olunur:
Ümumi yığıncağın qərarı ilə özünü ləğvetmə (buraxma) yolu ilə, əgər ona Mərkəzin Ümumi yığıncağının iştirak edən nümayəndələrinin 2/3-si səs verərsə;
Məhkəmənin qərarına görə məcburi ləğvetmə yolu ilə.

7.4 Mərkəzinləğv edilməsi zamanı MərkəzinÜmumi yığıncağı tərəfindən və ya Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, Mərkəzin ləğv edilməsi haqqında qərar qəbul etmiş orqanla müəyyən edilmiş tərkibdə və qaydada fəaliyyət göstərən ləğvetmə komissiyası yaradılır. Ləğvetmə komissiyası təyin olunan andan Mərkəzin işlərinin idarəsi üzrə bütün səlahiyyət ona keçir. Ləvğetmə komissiyası mərkəzin hazırda olan əmlakını dəyərləndirir, onun kreditorlarını (borc, kredit verənlərini) və debitorlarını (borclularını) aşkarlayır;

7.5 Mərkəz ləğv olunan halda, onun fəalları uyğun (müvafiq) formada digər qeyri-mənfəətli təşkilata ötürülməlidir (verilməlidir, keçirilməlidir) və ya büdcənin gəlirinə daxil edilir;

7.6 Mərkəz, onun fəaliyyətinin dayandırılması haqqında vahid dövlət reyestrinin (cədvəlinin) qeydiyyatına daxil olan andan ləğv edilmiş sayılır.