Humanist Pedaqogikanın Cəngavəri

Müəllim kimdir?

Müəllim gələcəyin adamıdır. Onun hər məktəblinin idrak bacarıqlarına dərin inamı olmalıdır.

Müəllim məktəbdə keçirəcəyi hər günü öz həyatının və şagirdlərin həyatının sevinc dolu səhifəsi kimi planlaşdırmalıdır.

Pedaqoji ünsiyyətin ən yüksək prinsipi «şagirdin şəxsiyyətinə hörmət» prinsipi olmalıdır.

Müəllim nəyə can atmalıdır? – O, pedaqoji təsirə açıq olmalı, tərbiyə və təlim prosesində şagirdlərləri əməkdaşlığa cəlb etməlidir.

Müəllimin yaradıcılıq axtarışlarında təlim-tərbiyə işini şagirdin mövqeyindən çıxış edərək qurmalıdır.

Müəllim şagirdlərə özünənəzarət və özünüdəyərləndirmə üsullarını öyrətməli, onların mükəmməl, bütöv idraki bacarıqlarını inkişaf etdirməlidir.

Arzu olunardı ki, müəllim vaxtaşırı özünə belə suallar versin:

Şagirdlər öz müəllimini sevirlərmi?

Onun tədris etdiyi fənni sevirlərmi?

Müəllim tədris etdiyi mövzulardan çox şey öyrəndiklərini söyləyib onu sevindirmək istəyirlərmi?

Müəllim dərsə gəlməyəndə məyus olurlarmı?

Şagirdlər bu və ya digər düşündürücü sualları müəllimlə müzakirə etməyi xoşlayırlarmı?

Müəllim tez-tezmi müasir məktəblilərin (öz şagirdləri də daxil olmaqla) oxumağa həvəsləri olmamalarından şikayət edir?

Dərsdə intizamı bərpa etmək, uşaqların qayda-qanunlara riayət etmələrini yadlarına salmaq halları tez-tezmi baş verir?

Müəllimin uşaqlara verdiyi qiymətlərlə onların özünüdəyərləndirmə meyarları üst-üstə düşürmü?

Onun təsəvvüründə və pedaqoji təcrübəsində «qiymətləndirməsiz təlim metodu»na yer ayrılıbmı?

Humanist Pedaqogikanın Cəngavəri

Şərəf və Xidmət Mücrüsü

Özünü Humanist Pedaqogikanın Cəngavəri

hesab edən bütün müəllimlərə Müəllif özünün

Ləyaqət və Xidmət Mücrüsünü,

idrakın genişləndirilməsi haqqında

təsəvvürlərini təqdim edir.

Humanist Pedaqogika Cəngavərinin yolu çətindir,

belə ki, hətta bir Uşağa göstərilən qayğı bütün

Bəşəriyyət üçün çəkilən qayğıdır,

Bəşəriyyətin mənəvi-ruhi başlanğıcı üçün çəkilən qayğıdır.

K i m ?

Kim Təhsilə odu, alovu, məşəli qaytarmaq üçün

həyatını fəda etməyə hazırdır?

Kim insan övladlarına İşığı qaytarmağa hazırdır?

Cəsur, istedadlı , məqsədyönlü insan ordusu,

Qəhrəman ruhlu insan ordusu,

İşıq Döyüşçüləri lazımdır!

Humanist Pedaqogika Cəngavərləri lazımdır!

Humanist Pedaqogika Cəngavərləri İşıq Döyüşçüsünün

təhsil aləmindəki mənəvi və etik idealıdır.

Cəngavər o kəsdir ki, humanist pedaqogikanın

tələb və ideyalarına şüurla, yaradıcı surətdə

və sədaqətlə riayət edir.

Humanist Pedaqogikanın Cəngavərliyinə

hər kəs qəlbində öz-özünü həsr edir və

belə yolu seçməyindən məmnunluq duyur.

* Cəngavər, Sən nəyə xidmət edirsən?

* Uşağa, uşaqlara, uşaqlığa!

* Cəngavər, Sən üçün ali məqsəd nədir?

* Uşaqları İşığa yönləndirmək!

* Cəngavər, Sənin daxilindəki qüvvə nədir?

* Sevgi!

* Cəngavər, Səni yönləndirən nədir?

* Allahın İradəsi!

Humanist Pedaqogikaınn Cəngavəri

özünü dərk etməyə istiqamətlənən insandır.

O daim düşünür, onu maraqlandıran suallar çoxdur:

Həyat nədir, mənə yaşamaq hüququnu kim verib?

Nə üçün mən buradayam və həyatımın mənası nədir?

Mənim Missiyam nədən ibarətdir və mən nəyə cavabdehəm?

Mən kimin qarşısında məsuliyyət daşıyıram?

Mən İnsan həyatının Yer üzərindəki təkamülü prosesində iştirak etməyə hazırammı?

Kosmik Bütövlüyün tərkibində –

Sonsuzluqda və Əbədilikdə mən kiməm?

Mənim yerim haradadır?

Mən özüm üçün hansı gələcəyi seçirəm?

Mən Allahın hissəsi olmağa, Allahda və Allahla olmağa hazırammı?

Cəngavər ruhani yanaşması ilə

özünün daxili aləmini yetişdirir.

MÜCRÜDƏN

Ruhun harmoniyası

idrakın genişlənməsi ilə,

Kainatın və Həyatın əbədiliyinin vəhdəti ilə

bağlıdır.

Humanist Pedaqogika Cəngavərinin

əməl etdiyi tələblər:

Uşaqların tərbiyəsi işində özünü Allahın təmsilçisi hesab etmək.

Hər Uşağı səmimiyyətlə, sədaqətlə, müdrikcəsinə sevmək.

Uşaqların və uşaqlığın cəsur müdafiəçisi olmaq.

Hər bir uşağın sonsuz imkanlara malik olması həqiqətinə inanmaq.

Özünün pedaqoji İlahi Qığılcımına inanmaq.

Humanisr pedaqogikanın islahatçı qüvvəsinə inanmaq.

Uşağın tərbiyəsində yaradıcı səbr hissinə malik olmaq.

Hər Uşağı olduğu kimi qəbul etmək və onu başa düşməyə çalışmaq.

Uşaqlara münasibətdə nikbin olmaq.

Yeniliyə , özünü təkmilləşdirməyə can atmaq, müdrik qəlbə sahib olmaq.

MÜCRÜDƏN

Müəllim!

Məgər uşaqların taleyi,

Yer planetinin taleyi

Sənin əlində deyilmi?

Özünü fəaliyyətindən heç nə asılı olmayan

kiçik adam hesab etmə.

Özünü alçaltma,

Allah səni ucaldar,

əməyini şərəfləndirər.

Humanist Pedaqogika Cəngavərinin

dərin səviyyələrdə dərk etdiyi ideyalar:

ruhani humanizm haqqında;

həyatın özü vasitəsilə

Uşağın həyat tərbiyəsi haqqında;

insanın həyati missiyası haqqında;

azad seçim imkanları haqqında;

birgə yaradıcılıq və əməkdaşlıq haqqında;

ruhani birlik haqqında;

xidmət və sədaqət haqqında.

O, bütün bunları uşaqlarla iş zamanı həyata keçirir.

MÜCRÜDƏN

Humanist pedaqogikanı yalnız humanist ruhlu insan həyata keçirə bilər.

Bu iş ancaq intellektlə başa gəlmir,

intellekt rəhmli ürəkdən süzülüb keçməlidir ki,

nəticədə mərhəmətli və sevinc bəxş edən pedaqogikaya keçid ala bilsin.

Humanist Pedaqogikanın Cəngavəri

pedaqoji düşüncənin əsaslarını təşkil edən anlayışları ruhani mənalandırma yolu ilə idrakını genişləndirir:

Məktəb – böyüməkdə olan insanın ruhunun yüksəlişi üçün nərdivandır, o, müəllimin iç dünyasındadır.

Müəllim – İşıq bəxş edən candır.

Şagird – İşıq axtaran candır.

Tərbiyə – ruhi məhvərin obrazlarla qidalandırılmasıdır.

Təhsil – Uşağa öz içərisində Yaradanın obrazını üzə çıxarmaqda köməklik göstərməkdir (uşaq bu Obrazla doğulur).

Uşaq – canlanmış yeni varlıq,

Uşaqlar – bütün hərəkətləri həqiqətdə baş verən insanlardır.

Humanist – özünün ölməz mahiyyətini dərk edən insan.

Humanist pedaqogika – özünü dərk edən şəxsiyyətin formalaşması haqqında elm və sənət.

O, ruhaniliyin meyarları ilə düşünür və hərəkət edir.

MÜCRÜDƏN

Əgər sən müəyyən bir yol getmisən

və heç bir maneəyə rast gəlməmisənsə,

bu o deməkdir ki, öz yolunda deyilsən.

Çətinliklərlə qarşılaşacağın yol

sənin həqiqi yolundur.

Maneələri dəf etmək üçün

bütün qüvvəni səfərbər etməlisən.

Humanist Pedaqogika Cəngavərinin

şücaətinin göstəriciləri bunlardır:

Ruhanilik və İnam,

Alicənablıq və Comərdlik,

Sədaqət və Cəsurluq,

Müdriklik və Bacarıq,

Səmimilik və Təbiilik,

Yaradıcılıq və Təkmilləşmə,

Sevgi və Mərhəmət.

Onun həyat şüarı belədir:

Sevərək yaratmaq və yaradarkən sevmək.

MÜCRÜDƏN

* Cəngavər, hanı sənin paxıllığın?

* Yandırdım.

* Bəs, mülkiyyətçilik hissin?

* Dəfn etdim.

* Nifrəti neylədin?

* İtgin düşüb.

* Xırda hisslərin hanı?

* Tulladım.

* Əsəbi qıcıqlanmaların bəs?

* Başqa məcraya yönəltdim.

* Bəs, səndə nə qaldı?

* Sevmək üçün saf ürək.

Humanist Pedaqogikanın Cəngavəri

anlayır ki, müasir uşaqlar İşıq övladlarıdır.

Onlar doğulurlar ki, Yer həyatındakı məqsədin

İşığa çatma olduğunu təsdiqləsinlər.

Bu səbəbdən Cəngavər uşaqlara

özlərinin iki aləmə – Ali dünyaya və Yer həyatına

aidliyini anlamağa kömək edir, onlarda fəza təfəkkürünü

inkişaf etdirir, Yer planetinin mənəvi-ruhani qanunları ilə yaşamağı öyrədir.

MÜCRÜDƏN

Humanist Pedaqogika

Göy rənglu Quş kimidir:

Bilirik ki, belə quş yoxdur,

Amma onun varlığına inanırıq.

Onun gözəlliyi bizi cəzb edir,

axtarışı isə yaradıcılığa ruhlandırır.

Nəticədə aşkar olur ki:

Humanist Pedaqogikanın axtarışı artıq

Humanist Pedaqogikanın özüdür.

Humanist Pedaqogikanın Cəngavərinin

dərk etdikləri:

Sevgi Allahdan emanasiya olunan İlkin Yaradıcı Enerjidir.

Kainat Sevgi Enerjisinin səbəbinə mövcuddur, bu enerji yox olarsa, kainat da dağılar.

Hər şeyə başlanğıc olan bu Enerji Yer planetində yalnız insanlar vasitəsilə özünü təzahür etdirir, hər bir insan vasitəsilə.

MÜCRÜDƏN

İmansız insan Kosmosa atılmış və dayağı olmayan skafandrlı insan kimidir,

Humanist Pedaqogikanın Cəngavəri anlayır ki, nəsilllər davam etdikcə Yer Planetində qlobal Sevgi Məkanı yaratmaq, orada olan bütün formaları və varlıqları – canlı və cansızları, görünən və görünməyənləri sevgiyə qərq etmək vacib məsələdir.