Bizim missiya

Bu gün dünyada müxtəlif qəribəliklər təzahür etməkdədir. Həyatın hər bir sahələrində: istər fiziki istər maddi istərsə də mənəvi çirklənmə sürətlə artmaqdadır. İqtisadi xaos, eləcə də terrorizm və ksenofobiyanın artan təzahürləri, bəşəriyyətin yeni qlobal problemlərindən hesab olunur. Bütün bu problemlərə səbəb dərinləşməkdə olan mənəvi – əxlaqi böhran hesab olunur.

Başa düşmək lazımdır ki, cəmiyyətin neqativ problemlərin kökü uşaqların ailədən başlayan və məktəbə bitən təlim-tərbiyəsinə yanaşmadadır. Bugünkü təhsil məkanını yaxşılaşdırmaq üçün, dünyaya samanı buğdadan ayırd etməyi bacaran və insan şüurunun paslanmış çarxını işığa tərəf çevirə bilən bağbanlar lazımdır. Bir sözlə, əsl “ağıllı, möhkəm, əbədi əkinçi ” lazımdır.

Bu günümüzün vacib məsələlərindən hesab olunan şəxsiyyətin inkişafı, daim dəyişməkdə olan sosial mühitə uyğunlaşma bacarığı şagirdlərə nəciblik, alicənablıq, düzgünlük, xeyirxahlıq aşılayan humanist müəllimin rolunu daha da artırır. Humanist Pedaqogikanın əsasında mənəviyyatın tam şəkildə dərk edilməsi durur. Mənəviyyat və İnsanlıq bunlar bir – birinə yaxın olan anayışlardır. Belə ki, “agıllı” adam sanskritdən tərcümədə “özündə yaradıcılıqla bağlılıq axtaran insan” deməkdir.

Bir çox Azərbaycan alimləri – maarifçilər, yazıçı və şairlər öz əsərlərində gənclərin mənəvi tərbiyəsinə diqqət yetirirdi. Nəsrəddin Tusi belə görkəmli maarifçilərdən biri sayılır. O, “Əxlaqi – Nasir” kitabında öz etik baxışlarını geniş şəkildə təsvir etmişdir. Onun fikrincə, mənəviyyatın əsasını təhsil və tərbiyə təşkil edir. O deyirdi: “Yalnız daimi qayğı və mənəvi tərbiyə uşaqda ən yaxşı insani keyfiyyətləri formalaşdırır”.

İlahi poeziyasının dahi memarı hesab edilən İmadəddin Nəsimi şərq poeziyasında insanı Allahla, Yaradanla bir sırada qoyan, Allahı insana belə yaxınlaşdıran ilk insan olub. “insan ən böyük, dəyərli varlıqdır. Sərvəti daş-qaş və ya metal arasında axtaranlar çox böyük səhv edirlər. İnsandan dəyərli xəzinə ola bilməz” deyə Nəsimi hamıya elan etmişdi. Təəssüf ki, müasir pedaqogika və psixologiya öz əməli fəaliyyətlərində öz müdriklərinin və müəllimlərinin qoyub getdikləri insan təbiətinin bütün gözəllik və əzəmət irsinin təcrübələrindən istifadə etmirlər.

Humanist Pedaqogikada adi pedaqoji konsepsiyaya mühüm ideyalar verməyə imkan verən müxtəlif fərziyyələr mövcuddur. Belə fərziyyələrdən biri Dünyanın mövcudluğunu qəbul edir. Təkcə mistiki və dini şəxslər deyil, həm də böyük alimlər və bu fərziyyəni bölüşürdü. Nikola Tesla, İsaak Nyuton, K.Siolovskiy, N.Bor, İ.Pavlov, Akademik A.X.Mirzəcanzadə, A.Eynşteyn belə düşünürdülər. Pedaqogikanın bütün klassikləri bu nöqteyi nəzərdən çıxış edirdilər. Makarenko öz məktubunda Qorkiyə yazırdı: “Hamı materializmdə cəmlənib, və hamı unudub ki, insanın da qəlbi var”. Bu ehtimalı, fərziyəni nəzərə alan hər bir uşaq bu həyatda unikal fenomendir.

Pedaqoji sahədə – humanist pedaqogikaya görə bu fenomen kimdir? Suala cavab üçün dünya pedaqogikasının klassiki Konstantin Uşinskiyə müraciət edək. O yazır: “Humanist təhsil adı altında, təkcə bir formal inkişafı deyil, insan ruhunun inkişafını anlamaq lazımdır”.

Ümumbəşər dəyərlərə əsaslanan müasir təhsil konsepsiyası bütün dünyada yayılıb və artıq 95 ölkədə tətbiq edilir. 20 ölkədə isə, bu proqram üzrə ixtisaslaşmış institutlar fəaliyyət göstərir.

Doktor A.Cumsai vəTaylanddan olan müəllim L.Barrouzun proqramı əsasında ümumbəşər dəyərlərin tədrisi dərslərinin təşkilində müəllimlər üçün metodika işlənib hazırlanmışdı. Qazaxıstanın I xanımı Sara Alpisovnanın təşəbbüsü ilə yaradılmış “özünütanıma” proqramının 2010 – cu ilin sentyabrin 1 – dən Respublikanın bütün məktəblərində keçirilməsi dövlət səviyyəsində rəsmi qəbul edildi.

Amonaşvili Şalva Aleksandroviç “Humanist Pedaqogika” məktəbini yaratmışdı, M.P.Şetinin əsası təlim tərbiyəvi proqram olan, mənəvi – əxlaqi dəyərlərdən, vətəndaşın tərbiyəsindən – öz vətəninə patriot, eyni zamanda da digər xalqlara, onların mədəniyyətlərinə, adət – ənənələrinə və dini inanclarına hörmətlə yanaşmadan ibarət olan internat məktəbinə rəhbərlik edir.

Dağıstan Dövlət Pedaqoji Universitetin keçmiş rektoru, indiki “ İslah Əmək Pedaqogikası və Xüsusi Psixologiya” kafedrasının müdiri, RTA – nun akademiki, pedaqoji elmlər doktoru, professor D.M.Mallayevin rəhbərliyilə Dağıstanın 20 -yə yaxın təhsil müəssisələrində (orta məktəbdən ali məktəbə qədər) həyata keçirilən ümumbəşəri dəyərələr əsasında elmi-tərbiyəvi texnologiyalar üzrə metodik tövsiyyələr işlənib hazırlanmışdır.

Kopenhagendə Esse Avropa İnstitutunda “Mənəviyyata giriş” adlı seminarın proqramı işlənib hazırlanıb. Bu proqramın əsasında təlimin prinsipləri deyil məhz təhsil, yəni insan təbiətinə xas və daimi mənəvi əxlaqi dəyərlərlə bağlı olan prinsiplər dayanır.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün mərkəz aşağıdakı vəzifələri qarşıya qoyub:

  • Klassik müəllim irsinin öyrənilməsi;
  • Bəşəriyyətin görkəmli mütüffəkirlərinin irsini və işini öyrənmək;
  • Kitabxanalar, audio – video fondlar yaratmaq;
  • Pedaqoji prosesdə Humanist pedaqogika ideyalarını reallaşması istiqamətində fəaliyyət göstərən müəllimlərlə təcrübə mübadiləsi aparmaq;
  • İnsani və şəxsi pedaqogika ideyalarını təbliğ edən Məqalələr toplusu, proqramlarlar dərc etmək, dərslər təşkil etmək, televiziya, radio və mətbuatda çıxışlar etmək;
  • Şəxsiyyətin mənəvi təkmilləşməsinə yönəlmiş mühazirələr, seminarlar, ustad dərsləri (master klaslar), sərgilər, ictimai mədəni görüşlər təşkil etmək və keçirtmək;
  • Elmi və mədəni əməkdaşlığın inkişağına yardım etmək.

Humanist Pedaqogika həqiqət axtarışında olan müəllimlər üçündür. O, onlar üçün sanki “tuneldə bir işiq” dır. Məhz buna görə də, onun Rusiyanın müxtəlif regionlarında, eyni zamanda Dağıstan və Çeçenistan respublikasında, Ukraynada, Baltikyanı ərazilərdə, Qazaxıstan, Qirğızıstan, Gürcüstan, Bolqarıstan və digər dövlətlərdə yüz minlərlə davamçıları var. Təkcə Rusiya ərazisində 200 – dən artıq eksperimental məktəblər yaradılıb. Humanist pedaqoji təfəkkürün əsas prinsiplərinin aşağıdakılardır:

  • Uşağa olan inam;
  • Uşaqda özünəməxsus təbiətin açılması;
  • onun şəxsiyyətinin təsdiqi və ona hörmət;
  • Yaxşılıq və ədalətə xidmət yönümündə istiqamətləndirmək.