“İnnovativ tədris metodologiyası və müvafiq resursların hazırlanması” mövzusunda seminar treninq

2015 – ci ilin noyabrında Təhsil Problemləri İnstitutunda “İnnovativ tədris metodologiyası və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninq keçirilib. Seminar-treninqin əsas xüsusiyyətlərindən biri məktəbəqədər təhsil müəssisələri ilə ümumtəhsil müəssisələrinin pedaqoji heyətinin terininqdə birgə iştirak etməsi oldu. Seminar proqraməna həmçinin kosmizm və təhsilin şəxsiyyət yönümlü humanist paradiqmal sualları daxil edilmişdir. İki günlük seminar Respublika Humanist pedaqogikanın Mərkəzinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Riza Xəlilov tərəfindən keçirilmişdir. Seminarın mövzusu açıq idi. Müəllimlər yaşanmaqda olan mövcud çətinliklər haqqında sərbəst danışır və onların aradan qaldırılması yollarını müzakirə edirdilər. Hami yekdilliklə tədris prosesində mənəvi mühitin yaradılması – birinci dərəcəli vəzifə olduğunu səsləndirdi. Çünki mənəvi mühitdə gələcəyi formalaşdıran əbədi obrazlarla zəngin olan xüsusi atmosfer olur, müəllim isə, sanki bu obrazlara bələdçi rolunu oynayır, çünki onun vəzifəsi özündə ən yaxşı insani keyfiyyətlərinin inkişafına yönəlmiş özünü təkmilləşdirmədir ki, bu da təhsil sahəsinə aid olan yüksək ali obrazların təhrif olunmamasıdır.