QAZAXISTANIN BIRINCI XANIMI SARA NAZARBAYEVANIN BEYNƏLXALQ PEDAQOJI OXULARININ I Ş TIRAK Ç ILARINA M Ü RACIƏTI

Salam, əziz dostlar!

Beynəlxalq pedaqoji oxu günlərində Azərbaycanın gözəl, bərəkətli
torpağında toplananların hamısını böyük sevinclə salamlayıram!
Yaranmış bu gözəl ənənə sayəsində müxtəlif ölkələrin nümayəndələri
öz ruhi-mənəvi təhsil təcrübələini bölüşmək imkanı əldə edə biliblər.

Əminəm ki, humanist pedaqoqikanın zirvəsinə can atan müəllimlərin
birgə əməkdaşlığı cəmiyyətdə sülh və rufahın yaranmasında böyük
əhmiyyət kəsb edəcəkdir.

Bu gün yeni bir minilliyə daxil olmuşuq. Onun necə olacağı yalnız bizim
özümüzdən asılıdır. Talenin iradəsiylə böyük və məsuliyyətli Ümumi Bəşəri
Dəyərlərin dirçəlişi missiyası bizim üzərimizə düşmüşdür. Onlar əbədi və
dəyişməz olaraq bütün zamanlarda həyatın, həqiqi təhsilin və əsli
xöşbətliyin xüsusi açarı olmuşdur.

Forumun təşkilatçılarına ruhi mənəvi maarifləndirmə işində təmənnasız
xidmət göstərən xoşməramlı səfirləri bir araya gətirmə ideyasına görə
ürəkdən təşəkkür edirəm. Sizin yeni kəşfləriniz, dəyərli təcrübələriniz ruhani
humanizm ideyalarının zəfəri, yeni nəslin ümumi insani dəyərlər əsasında
tərbiyyəsi naminə edilən səylərin birləşməsinə kömək olacaqdır.

Qoy ziyalı həmfikirlərin, işləri və ali düşüncələri bütün insanları – hansı
ki, başlıca sərvətləri özünü dərk etmə və humanist olmaqdır – rifaha
çatdırsın.
Qoy İlahi sevgi dünyadakı bütün insanlarının bu gün və gələcək
naminə yaxşı əməllərə ruhlandırsın.

Sizə səmərəli fəaliyyət, canlı təcrübə mübadiləsi, sülh, harmoniya və
yaradıcılıq diləyirəm. Sizə oşbəxtlik və can sağlığı diləyirəm.

Tanrı Sizi qorusun!
Sizlərə məhəbbətlə,
Sara Alpıs qızı Nazarbayeva